Azərbaycan Respublikası

Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti başçısı

 

Q Ə R A R

 

№ 01

 

Şərur şəhəri                                                                                   «28» oktyabr 2013-cü il

 

 

Şərur rayon İcra hakimiyyətinin fəxri fərmanının təsis edilməsi,

onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının

təsdiq edilməsi  haqqında

 

 

Şərur rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü  və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq

 

QƏRARA ALIRAM :

1. Şərur  rayon İcra  Hakimiyyətinin fəxri fərmanı təsis edilsin.

2. “Şərur rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin (əlavə olunur).

3.Şərur rayon İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün  Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

İmza :                                  İ. İ. Məmmədov

                      Şərur Rayon İcra Hakimiyyətinin başçısı

 

 

 

 

 

 Şərur  rayon  İcra  Hakimiyyəti  Başçısı

“28” oktyabr  2013 - cü   il  tarixli  “01”

nömrəli qərarı ilə  təsdiq  edilmişdir.

 

                       

Şərur Rayon  İcra Hakimiyyətinin

Fəxri fərmanı ilə təltifetmə

Q A Y D A S I

 

1.             Ümumi müddəalar

    Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və  4.1.24-cü bəndlərinə uyğun olaraq, Şərur rayon İcra Hakimiyyətinin fəxri fərmanı (bundan sonra-fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.

 

2.       Fəxri fərmanının verilməsi

    2.1. Fəxri fərman  Şərur rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.4-cü bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış və fərqlənən rayon sakinlərinə və rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.

    2.2. Fəxri fərman Şərur  rayon  İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

    2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.

    2.4. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə fəxri fərman almış şəxsin həmin bənddə nəzərdə tutulmuş digər sahələrdə fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

    2.5. Şəxsin fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

    2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsasətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.

    2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.

    2.8.  Fəxri fərman Şərur rayon İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

    2.9. Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdim etməni keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərmanı alan şəxsə, digər nüsxəsi isə Şərur rayon İcra Hakimiyyəti başçısı Aparatına təqdim edilir.     

    2.10. Fəxri fərmanı almış şəxs fəxri fərmanı saxlanılması üçün işlədiyi quruma və ya nümayiş etdirilmək  üçün muzeylərə, arxivlərə verilə bilər.

 

3. Fəxri fərmanın itirilməsi və fəxri fərmandan məhrum etmə

3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərmanın döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Şərur rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.

    3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda, habelə onu ləkələyən hərəkətlərə yol verdikdə bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Şərur rayon  İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

    3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Şərur rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum  edilir.

    3.3. Fəxri fərmanla təltif edilmiş kollektiv üzvü tərəfindən bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hərəkətlərə yol verilməsi həmin kollektivin fəxri fərmandan məhrum edilməsinə əsas vermir.

    3.4. Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Şərur rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılmalıdır.

 

4.Yekun müddəalar

 

4.1.Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə  verilir.

4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlamaq və nümayiş etdirmək üçün muzeyə, arxivlərə verilir.

4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Şərur rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılır.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərıır rayon İcra Hakimiyyəti

 

FƏXRİ FƏRMAN

 

  _________________________________________________________________________________________

                                                                                   (soyadı, adı, atasının adı)

          

 

     ________________________________________________________________________________________

 

 

               Şərıır rayon İcra Hakimiyyəti başçısının_____________ il_______________________ tarixli

 

             _________ nömrəli sərəncamı  ilə təltif  olunmuşdur.

 

 

ŞƏRUR RAYON İCRA

HAKİMİYYƏTİNİN BAŞÇISI:                                       İ.İ.MƏMMƏDOV

 

              

                   M.Y       №