"Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi

 Qaydası"nın təsdiq edilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

"Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

                 Baş naziri:                                                 Ə.Baxşıyev

 

 

«18» noyabr 2016-cı il

№ 111

 

 

 

 

 

 

Naxçıvan  Muxtar  Respublikası  Nazirlər

Kabinetinin 2016-cı il "18" noyabr tarixli

111 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, muxtar respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir.

1.2. Bu Qaydanın tələblərinin pozulmasına görə təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. Yaşıllıqlara dəymiş ziyanla bağlı məsuliyyət

2.1. Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər:

2.1.1. yaşıllıqların zədələnməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə;

2.1.2. yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə;

2.1.3. yaşıllığın götürülməsi vərəqi olmadan qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə götürülməsinə (kəsilməsinə) görə;

2.1.4. yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara və atların otarılmasına görə;

2.1.5. yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gül-çiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə;

2.1.6. yaşıllığın, bələdiyyələrin istifadəsində olan torpaq sahələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti orqanlarının yaşıllığın götürülməsi haqqında qərarlarında başqa əraziyə köçürülməsi əks olunduğu halda, müvafiq tədbirlərin həyata keçirilməməsinə görə;

2.1.7. rayonlarda (şəhərlərdə) və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə.

3. Yaşıllıqlara dəymiş ziyanın hesablanması

3.1. Yaşıllıq sahələrində ağac, kol, gül-çiçək və ot bitkilərinin (qazonların) əkilməsi üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting, gül-çiçək və ot bitkilərinin məhv olması nəticəsində dəymiş ziyanın hesablanması üçün təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə aşağıdakı qaydada miqdarlar tətbiq edilir:

3.1.1. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.2. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara və atların otarılması nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.3. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hesablanması;

3.1.4. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun hesablanması.

4. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi

4.1. Bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir.

4.2. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində qanunvericiliyə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir.

4.3. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

 

 

 

"Yaşıllıqlara dəymiş ziyanın

 hesablanması və ödənilməsi

Qaydası"na

 

1 nömrəli əlavə

 

 

Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi

 sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların

 götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması

dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın

hesablanması üçün

 

M İ Q D A R

 

Götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol

Dəymiş ziyanın məbləği

(manatla)

tikinti və abadlaşdırma məqsədi ilə

tikinti və abadlaşdırma istisna olmaqla

4 santimetrədək (4 sm də daxil olmaqla)

160

80

4,1-8

200

100

8,1-12

240

120

12,1-16

300

150

16,1-20

360

180

20,1-24

400

200

24,1-28

500

250

28,1-32

600

300

32,1-36

700

350

36,1-40

800

400

40 sm-dən yuxarı, hər santimetr üçün

100

50

Hər kol üçün

160

80

 

Qeydlər:

1. "Qırmızı Kitab"a daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iyirmi dəfə artırılmaqla hesablanır.

2. Rayonlarda (şəhərlərdə) və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

 

 

"Yaşıllıqlara dəymiş ziyanın

 hesablanması və ödənilməsi

Qaydası"na

 

2 nömrəli əlavə

 

 

Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri

pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara və atların

otarılması nəticəsində dəymiş ziyanın hesablanması üçün

 

M İ Q D A R

 

Yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara və atların otarılması

Dəymiş ziyanın məbləği

(manatla)

ilkin olaraq

eyni şəxs il ərzində iki və ya daha çox ziyan vurduqda

Bir baş davar üçün

15

30

Bir baş iri buynuzlu mal-qara üçün

25

50

Bir baş at üçün

40

80

 

Qeydlər:

1. Yaşıllıq ərazilərində davar, iribuynuzlu mal-qara və atların otarılması nəticəsində ağac və kolların, ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsinə görə dəymiş ziyan bu Qaydanın 1 və 3 nömrəli əlavəsinə əsasən əlavə olaraq hesablanıb tətbiq edilir.

2. Rayonlarda (şəhərlərdə) və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

 

 

 

"Yaşıllıqlara dəymiş ziyanın

 hesablanması və ödənilməsi

Qaydası"na

 

3 nömrəli əlavə

 

 

Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri

 pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək

 sahələrinin məhv edilməsi nəticəsində dəymiş

 ziyanın hesablanması üçün

 

M İ Q D A R

 

Məhv edilmiş ot bitkiləri (qazon) və gül-çiçəklər

Sahə

Dəymiş ziyanın məbləği

(manatla)

tikinti və abadlaşdırma məqsədi ilə

tikinti və abadlaşdırma istisna olmaqla

Ot bitkiləri (qazon)

1 m2

50

25

Gül-çiçəklər

1 m2

80

40

 

Qeyd: Rayonlarda (şəhərlərdə) və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.

 

 

 

"Yaşıllıqlara dəymiş ziyanın

 hesablanması və ödənilməsi

Qaydası"na

 

4 nömrəli əlavə

 

Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün

 

M İ Q D A R

 

Məhv edilmiş toxmacar, ting və gül-çiçək növləri

Ölçü vahidi

Dəymiş ziyanın məbləği

(min manatla)

tikinti və abadlaşdırma məqsədi ilə

tikinti və abadlaşdırma istisna olmaqla

Bir yaşlı toxmacarlar

1 hektar

40

20

İki yaşlı toxmacarlar

1 hektar

50

25

Birillik və çoxillik güllər

1 hektar

30

15

3 yaşınadək iynəyarpaqlı cinslərin tingləri

100 ədəd

2

1

3 yaşınadək enliyarpaqlı cinslərin tingləri

100 ədəd

3

1,5

Gilə və çəyirdəkli cinslərdən calaq edilmiş tinglər

100 ədəd

2,4

1,2

Qızılgül tingləri

100 ədəd

4

2

 

Qeyd: Rayonlarda (şəhərlərdə) və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır.