Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların

müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

S Ə R Ə N C A M I

 

Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. Muxtar respublikada mütəxəssislərin, pedaqoji və elmi kadrların hazırlığı üçün yaradılan hərtərəfli şərait və yeni təhsil standartlarına keçidlə əlaqədar görülən tədbirlər təhsilin səviyyəsini artırmışdır.

Hazırda muxtar respublikada üç ali, üç orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 15 ixtisas üzrə rezident, 7 ixtisas üzrə əlavə təhsil, Naxçıvan Müəllimlər İnstitutunda 5 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr, “Naxçıvan” Universitetində 15 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr, Naxçıvan Tibb Kollecində 5, Naxçıvan Dövlət Texniki Kollecində 6, Naxçıvan Musiqi Kollecində 10 ixtisas üzrə kadr hazırlanır. Hər il muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrini 2 minə yaxın məzun bitirir. Kadr hazırlığı aparılan ixtisaslar muxtar respublikanın tələbatına tam uyğunlaşdırılmışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bu Sərəncamın Əlavəsində göstərilən qaydada təsdiq edilsin.

2. Bu Sərəncam 2015-ci il avqust ayının 1-dən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

        Ali Məclisinin Sədri                                           VASİF  TALIBOV

 

 

 

Naxçıvan şəhəri, 27 iyul 2015-ci il

№ 306-04/S

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2015-ci il 27 iyul tarixli 306-04/S

nömrəli Sərəncamına

 

                                                 Əlavə

 

 

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların

müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası

 

I. Ali təhsil müəssisələri

Naxçıvan Dövlət Universiteti üzrə:

İxtisasın adı

Hami təşkilat

Xarici dil müəllimliyi (İngilis dili)

Təhsil Nazirliyi,

Rabitə və Yeni

Texnologiyalar Nazirliyi

Xarici dil müəllimliyi (Fransız dili)

Xarici dil müəllimliyi (Alman dili)

Xarici dil müəllimliyi (Rus dili)

Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Coğrafiya müəllimliyi

Biologiya müəllimliyi

Riyaziyyat müəllimliyi

Kimya müəllimliyi

Fizika müəllimliyi

Tarix müəllimliyi

Texnologiya müəllimliyi

Riyaziyyat və informatika müəllimliyi

Musiqi müəllimliyi

Mədəniyyət və Turizm Nazirliyi

Xalq çalğı alətləri ifaçılığı

Fortepiano

Musiqişünaslıq

Aktyor sənəti

Dirijorluq

İnstrumental ifaçılıq (Simli alətlər )

İnstrumental ifaçılıq (Nəfəs alətləri )

Solo oxuma

Bəstəkarlıq

Mədəniyyət və Turizm Nazirliyi,

Bəstəkarlar Təşkilatı

Beynəlxalq münasibətlər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

Tərcümə (Fars-Azərbaycan dilləri)

Tərcümə (İngilis-Azərbaycan dilləri)

Tərcümə (Ərəb-Azərbaycan dilləri)

Dini Qurumlarla İş üzrə İdarə

Rəngkarlıq

Rəssamlar Birliyi

Kitabxanaçılıq və biblioqrafiya

Mədəniyyət və

Turizm Nazirliyi

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Turizm və otelçilik

Torpaqşünaslıq və aqrokimya

Daşınmaz Əmlak və Torpaq

 Məsələləri üzrə Dövlət Komitəsi

33.   

Ekologiya mühəndisliyi

Ekologiya və Təbii

Sərvətlər Nazirliyi

 

 

34.   

Ekologiya

Tibbi profilaktika

Səhiyyə Nazirliyi

Müalicə işi

Pediatriya

Stomatologiya

Əczaçılıq

İqtisadiyyat

İqtisadiyyat və Sənaye Nazirliyi

Dünya iqtisadiyyatı

Menecment

Mühasibat uçotu və audit

Maliyyə Nazirliyi

Təsviri incəsənət müəllimliyi

Təhsil Nazirliyi,

Rəssamlar Birliyi

Energetika mühəndisliyi

Dövlət Energetika Agentliyi

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

Rabitə və Yeni

Texnologiyalar Nazirliyi

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Dövlət Meliorasiya və Su

Təsərrüfatı Komitəsi

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

“Naxçıvan Dəmir Yolları” MMC

Memarlıq

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsi

Baytarlıq

Dövlət Baytarlıq Xidməti

Jurnalistika

Dövlət Televiziya və Radio Verilişləri Komitəsi,

“Şərq qapısı” qəzeti

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Nəqliyyat Nazirliyi

Bədən tərbiyəsi və idman

Gənclər və İdman Nazirliyi

Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi

Gənclər və İdman Nazirliyi,

Səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlət Xidməti

Dövlət və bələdiyyə idarəetməsi

Ədliyyə Nazirliyi, Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya

Hüquqşünaslıq

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,

Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Prokurorluğu

Sosial iş

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

Naxçıvan Müəllimlər İnstitutu üzrə:

Riyaziyyat və informatika müəllimliyi

Rabitə və Yeni

Texnologiyalar Nazirliyi,

Təhsil Nazirliyi

Təhsildə sosial-psixoloji xidmət

İbtidai sinif müəllimliyi

Məktəbəqədər təlim və tərbiyə

Təsviri incəsənət müəllimliyi

Təhsil Nazirliyi,

Rəssamlar Birliyi

“Naxçıvan” Universiteti üzrə:

Beynəlxalq münasibətlər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

Xarici dil (İngilis) müəllimliyi

Təhsil Nazirliyi,

Rabitə və Yeni

Texnologiyalar Nazirliyi

Filologiya (alman dili və ədəbiyyatı)

Azərbaycan dili və ədəbiyyat müəllimliyi

Tarix müəllimliyi

Coğrafiya müəllimliyi

Riyaziyyat və informatika müəllimliyi

İnformatika müəllimliyi

Mühasibat uçotu və audit

Maliyyə Nazirliyi

Maliyyə

Menecment

İqtisadiyyat və Sənaye Nazirliyi

İqtisadiyyat

Biznesin idarə edilməsi

Turizm və otelçilik

Mədəniyyət və Turizm Nazirliyi

Dinşünaslıq

Dini Qurumlarla İş üzrə İdarə


II. Orta ixtisas təhsili müəssisələri

Naxçıvan Tibb Kolleci üzrə:

Müalicə işi

Səhiyyə Nazirliyi

Mamalıq işi

Əczaçılıq işi

Tibb bacısı işi

Stomatologiya

Naxçıvan Dövlət Texniki Kolleci üzrə:

Bank işi

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi

Mühasibat uçotu

Maliyyə Nazirliyi

Baytarlıq

Dövlət Baytarlıq Xidməti

Nəqliyyat vasitələrinin texniki istismarı

Nəqliyyat Nazirliyi,

Daxili İşlər Nazirliyi

Yol hərəkətinin təşkili

Nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə)

“Naxçıvan Dəmir Yolları” MMC

Naxçıvan Musiqi Kolleci üzrə:

İnstrumental  ifaçılıq

Təhsil Nazirliyi,

Mədəniyyət və Turizm Nazirliyi

Xalq çalğı alətləri ifaçılığı

Musiqi  nəzəriyyəsi

Xor  dirijorluğu

Xanəndəlik

Vokal  sənəti

Musiqi  müəllimliyi

Kitabxana – informasiya  təminatı

Xoreoqrafiya  sənəti

Aşıq  sənəti

Aşıqlar Birliyi

Heydər Əliyev adına Hərbi Lisey

Heydər Əliyev adına Hərbi Lisey

Əlahiddə Ümumqoşun Ordusu