Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi

qərarlarında əlavə və dəyişikliklər edilməsi haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 may tarixli «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında» 75 nömrəli və «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə» 76 nömrəli qərarlarından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş «Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydaları»nın preambula hissəsində «Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq İdarəsinin» sözləri «Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti» sözləri ilə, 2.1.1-ci yarımbəndində «Naxçıvan Muxtar Respublikası Əmək və Məşğulluq İdarəsinin» sözləri «Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti» sözləri ilə əvəz edilsin.

2. «İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 oktyabr tarixli 251 nömrəli qərarı haqqında» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 04 noyabr tarixli 94 nömrəli qərarının 1-ci bəndində «Nazirliyinin Baş Məşğulluq İdarəsi» sözləri «Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti» sözləri ilə əvəz edilsin.

3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 dekabr tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları»nın 3.6.4-cü yarımbəndində «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin» sözləri «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin» sözləri ilə əvəz edilsin.

4. «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 15 fevral tarixli 81 saylı qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 oktyabr tarixli 538 saylı qərarı barədə» Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1993-cü il 12 noyabr tarixli 212 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikasının

         Baş naziri                                                              Ə.Baxşıyev

 

 

 

01 iyul 2011- ci il

№ 69